Xəbər lenti

Əhmədinejad şallaqlanacaq
Siyasət07:59 13.05.2013

Əhmədinejad şallaqlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran prezidenti prezidentliyə namizədlərin qeydiyyatı zamanı qudasının yanında olub

İran prezidenti Mahmud Əhmədinejad 74 şallaq cəzasına məruz qala bilər. “The Telegraph”ın yazdığına görə, Əhmədinejad qudası İsfəndiyar Rəhim Meşayinin prezidentliyə namizəd kimi qeydiyyatdan keçdiyi zaman onun yanında olub. Bu isə yerli qanunvericiliklə qadağandır.

Mayın 11-də İranın dövlət televiziyası Əhmədinejadın Meşayi ilə kadrlarını nümayiş etdirib.