
Bu gün metroda panika yaşanıb.
Metroda olan sərnişinlərin Qaynar.info-ya verdikləri məlumata görə, metroda qatarların dayanmasına səbəb Əhmədli metrostansiyasında yanğının baş verməsi olub. Hazırda sərnişinləri metrodan evakuasiya edirlər.
Sərnişinlər arasında baş verəcək hansısa hadisəni nəzərə alaraq çöldə təcili yardım maşınları gəlib.
***
Musavat.com-a daxil olan məlumata görə, Həzi Aslanov metrostansiyası istiqamətində hərəkət edən qatar tuneldə hərəkətini dayandırıb.
Vaqonlardakı sərnişinlər arasında panika yaşanir. Çünki sərnişinlər arasında partlayışın baş verə biləcəyi ilə bağlı qorxunun yaşandığı bildirilir.
Qaynar.info