Xəbər lenti

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazandı
İdman19:45 15.10.2022

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Meltwater Champions Chess Tour" onlayn şahmat seriyasının səkkizinci mərhələsi olan "Aimchess Rapid” turniri davam edir.
Qaynarinfo xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin ikinci günündə daha 4 oyun keçirib.
Günün ilk görüşündə (5-ci turda - red.) almaniyalı Vinsent Keymer ilə qarşılaşan Şəhriyar qara fiqurlarla məğlub olub.
6-cı turda Məmmədyarovun rəqibi hindistanlı Aditya Mittal olub. Ağ fiqurlarla oynayan Azərbaycan təmsilçisi qalib gəlib.
Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb Riçard Rapportla qarşılaşan "Şah" bu dəfə də qələbə qazanıb.
Günün sonuncu, turnirin isə 8-ci turunda yenə ağ fiqurlarla, bu dəfə ispan Anton Quyixarro ilə üz-üzə gələn Məmmədyarov günü qələbə ilə başa vurub.
Beləliklə, Azərbaycan qrossmeysteri 8 oyundan sonra 16 xal toplayıb.
Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutacaq şahmatçılar pley-offa vəsiqə qazanacaqlar.