Xəbər lenti

Ehtiyac meyarının ləğvi və yaşayış minimumu: qaydalar dəyişməlidir
Ekonomiks10:50 06.11.2021

Ehtiyac meyarının ləğvi və yaşayış minimumu: qaydalar dəyişməlidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hesablama qaydaları dəyişdirilməlidir. Bu, baş vermədən insanların güzəranında irəliyə doğru hər hansı bir dəyişiklik olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli 2023-cü ildən etibarən ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumundan istifadə olunmasının daha məqsədəuyğunluğu barədə səslənən fikirlərə münasibət bildirərkən deyib:
"Hansı adla adlandırılmasından asılı olmayaraq, hesablama qaydaları dəyişdirilməlidir. Hesablama qaydalarında dəyişiklik olmadan insanların yaşayış güzəranında irəliyə doğru hər hansı bir dəyişiklik olmayacaq. Köhnə qaydalar müasir tələblərə cavab vermir. Köhnə qaydalarda yaşayış minimumu daha çox kalorit üzərindən hesablanır ki, bu da düzgün deyil. Axı insanların istirahət və başqa digər xərcləri də var. Ona görə də hesablama qaydası dəyişməlidir ki, onun yaşayış mühitinə təsiri genişlənsin. Bu anlayışlar birləşdirilməlidir. Prosesin yeni hesablama qaydası ilə aparılması daha doğru olardı”.
Rüfət Sultan