Xəbər lenti

Şəkidə sahibkarın fermada gizlətdiyi pullar oğurlandı - Şəriki və işçisi saxlanıldı
Ölkə 17:43 26.05.2025

Şəkidə sahibkarın fermada gizlətdiyi pullar oğurlandı - Şəriki və işçisi saxlanıldı

Şəkidə quşçuluq ferması işlədən sahibkar Hüseyn Salamovun pullarını oğurlayan şəriki və işçisinə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, Hüseyn Salamov əldə etdiyi gəliri fermasının həyətyanı sahəsində, su çəninin yanında mişar daşlarının içində düzəltdiyi yerdə gizlədirmiş. Pullar məhz həmin yerdən oğurlanıb.

Oğurluqda sahibkarın 1983-cü il təvəllüdlü işçisi Rəşad Novruəzliyev və şəriki Zaur Fətəliyev təqsirləndiriliblər. Salamov dəfələrlə pulları həmin yerə qoyduğundan, bu şəxslər orada daha çox vəsaitin olduğunu bilib və oğurluq planı qurublar.

Onlar oğurladıqları pulları aralarında bölüblər. Rəşad Novruəzliyev payına düşən vəsaiti televizor aldığı məişət malları mağazasına, "Azpulmat” kredit təşkilatına olan borcuna, 173 manatını cərimələrinə və qalan məbləği isə digər xərclərinə sərf edib.

Məhkəmənin qərarı ilə hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.3 (təkrar oğurluq) və 177.2.4-cü (qrup halında oğurluq) maddələri ilə təqsirli biliniblər. Rəşad Novruəzliyev 1 il 11 ay 26 gün, Zaur Fətəliyev isə 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Onlar cəza müddəti ərzində elektron qolbaqla nəzarətdə saxlanılacaqlar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->