Xəbər lenti

Şəkidə torpaq dələduzluğu
Ekonomiks17:54 12.05.2025

Şəkidə torpaq dələduzluğu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəkidə torpaq satmaq adı ilə dələduzluq əməlinə yol verməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 
Qaynarinfo xəbər verir ki, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə mühakimə olunan A.S. 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 
İş materiallarından aydın olur ki, A.S. Şəki rayonunun Çeşməli kəndində yaşayan zərərçəkən T.V.-nin 7000 manat pulunu ələ keçirib. 
A.S. zərərçəkmişə ailə üzvlərinə məxsus torpaq sahəsini satmağı vəd edib.
Zərəçəkmiş məhkəmədə bildirib ki, o, torpaq sahəsinə görə tələb olunan versə də, sonradan A.S-yə zəng çatmayıb. Bu baxımdan, T.V. polisə şikayət edib. 
A.S. şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Məhkəmə prosesi zamanı A.S. verilmiş ittiham üzrə özünü təqsirli bilib. 
Seyid