Xəbər lenti

Əkrəm Həsənov:
Ölkə 15:51 26.10.2023

Əkrəm Həsənov: "500 manat qazanan kişi 3 minlik telefonu necə alsın?"

"Azərbaycanda ailə var ki, aylıq 500 manat qazanır. O, arvadına hansı pulla 3 min manatlıq telefon alsın? Kişi neyləməlidir? Adam öldürməlidir, oğurluq etməlidir".

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov psixoloq Əfsanə Rüstəmovanın "Həyat yoldaşım 3 minlik telefon almırsa, boşanmaq kimi şansım var" fikirinə münasibət bildirərkən deyib.

Vəkil əhatəsində ayda 10 min manatdan çox qazanan dostlarının, bisneslə məşğul olan şəxslərin bəzilərinin həyat yoldaşlarından narazılıq etdiyini qeyd edib:

"Belə kişilər var, onlar da şikayət edir. Deyir "arvad məni bezdirir, az qazanırsan, sən nə kişisən, bilirsən filankəs necə qazanır və s.. Bunu deməsək mümkün deyil. Vəkillər deyir ki, ailələrdə boşanmalarla bağlı təklifin 90%-i qadınlardan gəlir. Əksəriyyəti məişət məsələlərinin üstündə baş verir. Demirəm ki, kişilərin hamısı mələkdir, yox belə də deyil".

Əkrəm Həsənov psixologiyanı elm hesab etmədiyini vurğulayıb:

"Onlara münasibətim pisdir. Bu psixoloqun yanında ağıllı adam getməz. Kimin ağlına nə gəlir, onu deyir. Elə qadın var ki, ərinə 10 min manatlıq telefon aldırır. Özü də bu qadınların əlindən iş gəlmir. Tanıdığım ailələr var, əri ona aptek, salon açıb, amma işinin ödəsindən gələ, 5 manat qazana bilmir".

Əkrəm Həsənov hesab edir ki, boşananların sayı artacaq:

"Dövlətin buarda günahı var. Dövlət boşanmada qadına bütün üstünlüyü verib. Uşaqları birmənalı qadında saxlayırlar. Avropada uşaq hər iki valideynə verilir. Qadınlarda buna arxayın olur, istədiyini edir”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->