Xəbər lenti

Ekspert: Koronavirusdan sonra  ifrat formada kerçirilən toy adətini ləğv edək
Ölkə18:21 16.04.2020

Ekspert: Koronavirusdan sonra ifrat formada kerçirilən toy adətini ləğv edək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Koronavirusdan sonra bəzi pozitiv addımlar ataq, davranış qaydalarımızı dəyişək. Məsələn, ifrat formada kerçirilən toy adətini ləğv edək".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert  Natiq Cəfərli deyib. Ekspert bildirib ki,  bütün bunlara son vermək üçün "Toy amnistiyasına” ehtiyac var: "Vallah, israfçılıqdı, yazıq-günahdı, insanlar dəvətnamə alanda sevinməkdən dilxor olurlar, borc alıb toya gedirlər. Toylarda da səs-küy, ağız deyəni qulaq eşitmir, insanın başı ağrıyır, masalar üzərində tonlarla yemək zay olur, bütün bunlara son vermək lazımdır. Bunun üçün "Toy amnistiyasına” ehtiyac var.  Dostlar, indiyədək bir-birimizin toyuna saldığımız pulu halal edək, gəlin bu işi birdəfəlik həll edək! Mən demirəm ki, toy olmasın, şənlik olmasın, mütləq olmalıdı, amma bizdəki kimi biabırçılıqla yox".
Natiq Cəfərli bildirib ki, gənclər həmin günü yaxın dostları ilə əyləsinlər: "Özləri 50-100 nəfər arası yaxın dostları ilə əylənsinlər, desinlər, gülsünlər, mahnı oxusunlar, rəqs etsinlər, gələn qonaqlar da simvolik hədiyələrlə yanaşı "almansayağı” hesabı versinlər ki (adambaşına 15-20 manat düşəcək), ailələr heç xərcə düşməsin. Necədi?! Əgər bu virusdan sonra kişilərin öpüşməsini və biabırçı, ifrat toy ənənəsini sındırsaq bu da böyük kar olacaq".
Bahar Rüstəmli