Xəbər lenti

Ekspert:
Ölkə 22:00 07.08.2024

Ekspert: "Yandırılan zibil qabları təhlükə mənbəyidir" (FOTO)

Son vaxtlar Bakıda dayanacaqlarda qoyulan zibil qutuları yığışdırılmaq əvəzinə yandırılır. Özü də bu əhalinin səhər saatlarında işə getdiyi vaxtlarda baş verir. 

Əsasən siqaret kötükləri, qutuları, polietilen torbalar və su qabları atılan zibil qutuları od vurulduğu anda ətrafı tüstü basır. Bu hal dayanacaqda dayanan vətəndaşların haqlı narazılığına səbəb olur. Ən dəhşətlisi isə həmin qutulardakı zibillərin küləkli havada yandırılmasıdır. 

Ən kiçik yanğın belə yaxınlıqdakı binalara təhlükədir.
 
Ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu mədəni səviyyənin aşağı olmasından xəbər verir:

"Həmin qutulara atılan zibillər tez alışır, od vuran kimi yanğın böyüyür. İnsanlarda ekoloji mədəniyyət yoxdur. Hələ bu insanlarda ekoloji mədəniyyət  formalaşmayıb. Almaniyada siqaret çəkənlər üçün  xüsusi yerlər var, kim istəsə siqaretini çəkir və yoluna davam edir. Orada siqaretin kötüyünü zibil qutusuna atmaq olmaz. Bu yanğına səbəb ola bilər. Xarici ölkələrdə 6-7 yaşında olan uşaqlar belə vəziyyəti görəndə deyir "siz səhv etdiniz". Uşaqlar bu hərəkəti ilə adamları utandırır. Onlar bununla adamları maarifləndirir".
 

 
Ekoloqun fikirincə, bunun qarşısının alınmasının iki yolu var:

"Biri inzibati, cərimə tətbiq etmək, ikincisi də maarifləndirmək. Almaniyada siqaretin kötüyünü yerə atanda 50 evro cərimə tətbiq edilir. Orada ciddi  cərimələr var. Özü də maarifləndirmə ilə cərimə metodunu paralel həyata keçirirlər. Azərbaycanda bunun ikisini eyni vaxtda həyata keçirmək olar". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->