"Azərbaycanda dollar bahalaşmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov dünyada dolların bahalaşmasından danışarkən deyib. Ekspertin sözlərinə görə, dünyada dollara olan təlabatın artmasının Azərbaycana heç bir təsiri olmayacaq:
"Dünyada dolların bahalaşması neftin də bahalaşması deməkdir. Bizim valyuta ehtiyyatlarımız da artıb. Buna görə, Azərbaycanda dolların bahalaşması olmayacaq”.
Əkrəm Həsənov qeyd edib ki, dollar bahalaşarsa, Azərbaycanın milli valyutası dollardan başqa digər valyutalara nisbətdə bahalaşacaq.
Qeyd edək ki, Federal Ehtiyatlar Sisteminin (FED) martın 21-22-də toplantısı keçiriləcək. Məlumata görə, FED uçot dərəcəsində gözləniləndən daha çox artımlara getmək niyyətindədir. Hətta dərəcənin 2023-cü ildə 6.0 faizədək yüksəldilməsi də istisna edilmir.
Bahar Rüstəmli