Xəbər lenti

İdman 12:55 27.06.2023

"Əl-Hilal"ın yeni ulduzunun maaşı bəlli oldu

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"ın "Çelsi"dən 23 milyon avroya transfer etdiyi seneqallı müdafiəçi Xalidou Kolibalinin nə qədər maaş alacağı müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, futbolçulara təklif olunan heyrətamiz pullarla transfer bazarını silkələyən Səudiyyə Ərəbistanı klubları "ulduz ovu"na bütün sürəti ilə davam edir. Kriştiano Ronaldo, Kərim Benzema, Nqolo Kante və Ruben Nevesdən sonra Kalidou Koulibali də bu ölkəyə yollanıb. 

"Əl Hilal" seneqallı müdafiəçi üçün İngiltərə komandasına 23 milyon avro ödəyib. Kolibali yeni komandasında üç il ərzində 75 milyon avro qazanacaq. Müqavilə şərtlərinə görə futbolçu illik 25 milyon avro maaş alacaq. "Əl-Hilal"da Kolibali ilə Neves komanda yoldaşı olacaq.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->