Xəbər lenti

“El” hüquq mühafizə orqanlarına müraciət edəcək - VİDEO
Ölkə17:02 30.08.2013

“El” hüquq mühafizə orqanlarına müraciət edəcək - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Eldar Namazov Əflan İbrahimovun ittihamları ilə razılaşmır

Bir müddət əvvəl ciddi bəyanatlar səsləndirərək “El” Hərəkatından ayrılan Əflan İbrahimov, Eldar Namazov və digərlərinin iğtişaş planlaşdırmasına dair kifayət qədər əlində ciddi faktların olduğunu bəyan etdi. 

Bu gün mətbuat konfransında çıxış edən Əflan İbrahimov onda bu faktları təsdiqləyəcək səsyazmaların olduğunu da iddia etdi: “Eldar Namazov mənə dedi ki, Əli Kərimov iğtişaşlar törətməyə hazırlaşır. Əgər onların namizədi qeydə alınmasa, onlar bunu edəcəkdilər. Mənim az-çox qayda qanundan başım çıxır. Kimin qarşısında nə dediyimi də bilirəm. Əlimdə fakt olmasaydı belə sözlər deməzdim”. 

“El” Hərəkatının sədri Eldar Namazov isə ona və rəhbəri olduğu quruma qarşı irəli sürülən bu itihamlara qarşı mövqeyinin dəyişməz olduğunu deyir. Sadalanan ittihamlarla razılaşmayan Eldar Namazov öz növbəsində bu məsələnin araşdırılması üçün Hüquq Mühafizə Orqanlarına rəsmi müraciət edəcəyini açıqladı: "Həftənin birinci günü biz rəsmi müraciət edəcəyik. Ona qarşı bilərəkdən yalan xəbər vermə ilə bağlı cinayət işi açsınlar. Bu çox ciddi maddədir. Cəzası da ağırdır. 3-ildən, 8-ilə qədər cəzası var”. 

Əflan İbrahimovun müraciəti əsasında Eldar Namazovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində izahatı alındıqdan sonra bu gün onun müavini Köçəri Nağıbəyli də idarəyə dəvət olunub. Baş Prokurorluq faktı təsdiqləyərək Köçəri Nağıbəylinin da idarəyə məhz Əflan İbrahimovun müraciəti əsasında aparılan araşdırmalarla bağlı çağırıldığını dedi. 

Xatırladaq ki, Əflan İbrahimov Milli Şuranın bəzi üzvlərinin ölkədə ictimai siyasi sabitliyin pozulması, o cümlədən paytaxt və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törətdilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirmişdi./anspress/