
İtaliya millisinin və "Roma”nın futbolçusu Stefan Əl-Şaaravi avtomobil qəzasına düşüb.
Qaynarinfo.Az xəbər verir ki, hadisə "Torino”ya məğlubiyyətdən (1:3) sonra baş verib.
Futbolçu Turindən klubun Romadakı bazasına qayıdarkən qəza törədib. Onun idarə etdiyi "Audi A3” "Fiat Panda” markalı avtomobil ilə toqquşub. "Fiat”ın sürücüsü xəstəxanaya yerləşdirilib. 40 yaşlı şəxsin vəziyyətinin çox da ciddi olmadığı bildirilir. "Roma" klubu bu qəza haqda eşitdikdə hadisə yerinə dərhal klub həkimi Rikkardo Del Veşovo və menecer Manolo Dzubiriyanı göndərib.

Qeyd edək ki, Stefan Əl-Şaaravi ciddi xəsarət almasa da, avtomobili yararsız hala düşüb.
Qaynarinfo.Az