Əlcəzair Futbol Federasiyası bütün fəaliyyətini dayandırıb.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb İsrailin Qəzza zolağına hücumu olub. Federasiyanın bəyanatında Fələstin xalqı ilə həmrəylik və Qəzzaya hücumlarda şəhid olanların xatirəsinə ehtiram olaraq bütün futbol yarışlarını növbəti mərhələyə qədər dayandırmaq qərarına gəldiyi bildirilib. Federasiya bu qərarı İsrailin Qəzzada yüzlərlə insanın ölməsi və yaralanması ilə nəticələnən Əl-Əhli Baptist Xəstəxanasına hücumuna cavab olaraq qəbul edib.
Xəstəxanaya hücum nəticəsində 471 nəfər həyatını itirib, 342 nəfər yaralanıb. Yaralıların 28 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.
Səbuhi Həsənov