Xəbər lenti

Elçin Şıxlı yeni işə başlayıb
Ölkə13:53 27.11.2014

Elçin Şıxlı yeni işə başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ayna”-"Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı Amerika Jurnalistika məktəbinin (GİPA) Bakıdakı hazırlıq kurslarında media hüququndan dərs deyir. 

O, bu barədə Aktual.az-a açıqlamasında deyib. 

E.Şıxlı fəlaiyyətini dayandıran "Ayna”-"Zerkalo” qəzetlərinin yenidən bərpası məsələsinə də toxunub: 

"Hər hansı bir fövqəl hadisə olmasa, qəzetin faəliyyətini bərpası indiki halda mümkünsüzdür". 

Məşhur jurnalist işsiz qaldıqdan sonra maliyyə durmunun o qədər də ürəkaçan olmadığını bildirib: 

"Dolanışığa gəldikdə isə, məsələ qəlizdir. İndi dəsmal götürüb ağlamayacam, amma hər halda qəzetin fəaliyyəti zamanı maddi durumum indikindən yaxşı idi. İndi dərs dediyim jurnalistika məktəbində də işim daimi deyil". 

O, sonda dövlətə xəyanət ittihamı ilə günahlandırılaraq həbs olunan qəzetinin keçmiş əməkdaşı Rauf Mirqədirov barəsində də danışıb: "Rauf müəllimin özü ilə birbaşa əlaqə saxlamaq mümkün deyil. Vəkillərindən başqa onunla heç kim  görüşə bilmir. Amma vəkilləri vasitəsilə hal-əhval tuturam və salamlarımı çatdırıram". 

Qaynar.info