Londonda Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub. APA-nın məlumatına görə, əsər “Theatro Technik”in səhnəsində nümayiş olunub.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Elçinin yaradıcılığı haqqında məlumat verib və mədəniyyətin diplomatiyadakı xüsusi əhəmiyyəti haqqında danışıb. Səfir qeyd edib ki, müəllifin “Şekspir” pyesi tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.