
"Eurovision 2011" qalibi Eldar Qasımov "Rəqibim yoxdur" deyən həmkarlarına cavab verib.
Qaynarinfo.Az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni "Xəzər maqazin"ə açıqlamasında bu sözü deyən ifaçıları ələ salıb:
"Necə bu sözü demək olar? Deyir ki, məndən yoxdur. Mənəm-mən deyən, elə belə deyə-deyə də qalacaq (gülür). Allah ona can sağlığı versin".
Qeyd edək ki, müğənni Günay İbrahimli və Elçin Cəfərov bu yaxınlarda "Rəqibim yoxdur" deyə açıqlama vermişdi.
Qaynarinfo.Az