Xəbər lenti

Eldar Mahmudovun oğlu istefa verdi
Ekonomiks17:29 11.07.2022

Eldar Mahmudovun oğlu istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov ötən ilin 13 dekabr tarixində Böyük Britaniyanın paytaxtı London şəhərində - "The Old Rectory Church Street, Weybridge, Surrey KT13 8DE” ünvanında yerləşən "Britannia Group Ip Holdings Limited” şirkətinin direktoru təyin olunub.
Qaynarinfo yeniavaz-a istinadla xəbər verir ki,  Anar Mahmudov 6 aydan sonra – bu ilin 21 iyun tarixində "Britannia Group Ip Holdings Limited” şirkətinin direktoru vəzifəsindən istefa verib.
Onu da bildirək ki, Anar Mahmudov daha əvvəl Londonda qeydiyyatda olan "Mea Capital Limited” şirkətinin də direktoru olub. Bu şirkət 6 oktyabr 2020-ci il tarixində bağlanıb.