Xəbər lenti

Eldar Namazov: Bu oteldə SOCAR öz tədbirlərini keçirir
Ölkə15:02 31.07.2013

Eldar Namazov: Bu oteldə SOCAR öz tədbirlərini keçirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Şuranı öz tədbirlərini erməniyə məxsus oteldə keçirməkdə “ifşa edən” bir sıra KİV-lərin və telekanalların cəhdləri gülüncdür. Bu fikri Turan agentliyi ilə söhbətində Milli Şuranın icra aparatının sədri Eldar Namazov bildirib.

“Bəziləri bizi ermənilərlə əməkdaşlıq etdiyimizə görə utandırmağı qərara alıb. Amma bu yalançı vətənpərvərləri məyus etmək istəyirəm – otel gürcü ailəsinə məxsusdur”, deyə Namazov bildirib.

Otellərə yerləşərkən heç kim onların sahibinin milliyyətini soruşmur. Amma hətta Milli Şura belə bir “günah” işləyibsə belə, qoy bu “vətənpərvərlər” müntəzəm olaraq həmin bu oteldə tədbirlərini keçirən SOCAR-ı da, digər Azərbaycan təşkilatlarını da utandırsınlar, deyə Namazov bildirib.

Qeyd edək ki, bir sıra KİV-lər iki gündür ki, Milli Şuranın öz görüşünü erməniyə məxsus Tbilisi otelində keçirdiyini car çəkərək, bunu “qeyri-vətənpərvər addım” və “satqınlıq” adlandırırlar.


Qaynar.info