Xəbər lenti

Eldəniz Elgündən hərbi qadağalar çağırışı - Müraciət
Ölkə19:21 04.08.2014

Eldəniz Elgündən hərbi qadağalar çağırışı - Müraciət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jurnalist  Eldəniz Elgün  Müdafiə naziri Zakir Həsənova  və  Mətbuat Şurasının sədri Əflatun Amaşova müraciət edib. Qaynrar.info həmin müraciəti təqdim edir:

"Son günlər cəbhə bölgəsində baş verənlər bir daha sübut etdi ki, müharibə şəraitində Azərbaycan mediası ciddi problemlərlə üz-üzə qalır və bəzi hallarda bilməyərəkdən Azərbaycanın hərbi və dövlətçilik maraqlarına uyğun olmayan xəbərlər yayımlanır ki, bu da Ermənistan tərəfinin dezinformasiya oynuna dəstək təsiri bağışlayır. Buna görə vaxt itirmədən aşağıdakı təklifləri müzakirə edərək müvafiq qərarlar çıxarmağınızı xahiş edirəm.

1.Cəbhə bölgəsindən və ya cəbhə bölgəsinindəki  yaşayış məntəqələrindən (bu məntəqələrin 30 kilometrliyinə qədər olan məsafədə) reportaj hazırlamaq,  xəbər yaymaq üçün jurnalistlər mütləq şəkildə Müdafiə Nazirliyində akkreditə olunsun.
2.Hərbi texnikaların, döyüş mövqelərinin şəkilləri, video görüntüləri yalnız Müdafiə Nazirliyinin  razılığı ilə ictimailəşsin.
3.Müdafiə Nazirliyinin rəsmi xəbərləri əsas mənbə kimi qəbul olunsun.
4.Müdafiə Nazirliyində mətbuatla belə həssas məqamda əməkdaşlıq etmək üçün operativ qərargah yaradılsın.
5.Sosial şəbəkələrdə yayılan xəbərlərin mediada dərci yolverilməz hesab olunsun və mənbəsi şübhəli bilinən bu xəbərləri dərc edən KİV rəhbərlərinə xəbərdarlıqlar edilsin.
6.Erməni mənbələrinə istinadən Azərbaycan ordusunun  itkilərinə və hərbi əməliyyatlarla bağlı xəbərlərin dərcinə məhdudiyyətlər qoyulsun.
7.Hərbi xəbərlər verilərkən imitasiyalardan, yəni köhnə fotoşəkillər və videolardan  istifadə olunmasın.
Uzun müddət hərbi jurnalist kimi fəaliyyət təcrübəmdən çıxış edərək bildirirəm ki, çalışdığım müddətdə bu cür qaydalar tətbiq olunurdu. 1995-97-ci illərdə bu sadaladıqlarım özünü doğrultmuş, lazımi effekt vermişdi. Ona görə də bunları sizin də nəzərinizə çatdırmağı vətəndaşlıq və jurnalist borcu bildim.

HÖRMƏTLƏ:
“Unikal” qəzetinin baş redaktorunun
1-ci müavini Eldəniz Elgün

Qaynar.info