Xəbər lenti

Elektrik enerjisi doldurucularının tikintisinə icazə tələb olunmayacaq
Ölkə17:09 15.01.2025

Elektrik enerjisi doldurucularının tikintisinə icazə tələb olunmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, yenilənmiş qanuna əsasən, mövcud tikinti obyektinin torpaq sahəsində, yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının tikintisinə icazə tələb olunmayacaq.