Xəbər lenti

Elektrik enerjisinin qiyməti qalxacaqmı? - RƏSMİ AÇIQLAMA
Ekonomiks08:01 12.12.2013

Elektrik enerjisinin qiyməti qalxacaqmı? - RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı tərəfimizdən heç bir təklif verilməyib”.

APA-nın xəbərinə görə, bunu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yanacağın qiymətləri qalxsa da, elektrik enerjisinin qiymətlərində artım gözlənilmir: “Baxmayaraq ki, yanacağın qiyməti qalxıb, əhaliyə enerjinin satışı indiki qiymətdə davam edəcək. Qiymətlərin qalxması ehtimalı da yoxdur”.
 
Qışla bağlı elektrik enerjisinin verilməsində fasilələrin yaranacağını istisna etməyən ASC prezidenti, belə hallara qarşı tədbirlər gördüklərini vurğulayıb.

Qaynar.info