Xəbər lenti

Elektron hökumət – idarəetmənin yeni səviyyəsi (ARAŞDIRMA)
Ekonomiks07:46 24.09.2013

Elektron hökumət – idarəetmənin yeni səviyyəsi (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlyasov Ramin Adgözəl oğlu

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı, Dövlət vergi müfəttişi
Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı
[email protected]

 

1.Elektron hökumətin qurulma mexanizmi.

21-ci əsrin başlanğıcı təkcə il baxımdan yeni eranın başlanğıcı deyil, bu həm  də yeni idarəetmə növünün “Elektron hökumət” (Electronic Government) erasının başlanğıcıdır. “E-Government” sözünün birbaşa hərfi tərcüməsi düz deyil və bu birləşmənin əsl mənasını açmır. Bu dövləti və strukturlarının informasiya - kommunikasiya vasitələri ilə vətəndaş və biznes strukturlarının qarşılıqlı yardımı ilə idarə olunmasıdır.

“Elektron hökumət” konsepsiyasında bütün idarəetmə orqanları vətəndaşlara xidmət edən vahid orqan kimi fəaliyyət göstərir. Hökumətin fəaliyyəti çox açıq və aşkar olmalıdır.Əsas diqqət göstərilən xidmətlərin sürəti və  keyfiyyətə göstərilir.Bütün bunlar həm vətəndaşa yüksək xidmət həm də hökümətin idarəetməsini yüksədilməsinə xidmət edir.

Elektron hökumət (e-hökumət) – informasiya cəmiyyətinə xas olan dövlət idarəciliyidir. O, informasiya-telekommunikasiya texnologiyalarının (İKT) imkanlarına və vətəndas cəmiyyətlərinin dəyərlərinə əsaslanır. Vətəndaşların tələbatlarına, iqtisadi effektivliyə, vətəndaş nəzarəti üçün açıq olmasına və təşəbbüsə yönəlik olması ilə xarakterizə olunur. Müxtəlif ölkələrdə və ilk novbədə ABŞ-da və Boyuk Britaniyada e-hökumətə ümumilikdə dövlətin fəaliyyətinin effektivliyinin artırılmasına  yönəlmiş bir konsepsiya kimi baxılır. Başqa sözlə desək e-hökumətin mahiyyəti onda ibarətdir ki, müxtəlif pilləli dövlət strukturları müasir informasiya texnologiyalarından istifadə edərək istehlakçılara bilavasitə informasiya və xidmət təklif edir. E-hökumətin təklif etdiyi xidmətlərin istehlakçıları vətəndaşlar, qeyri-dövlət təskilatları və ya dovlət strukturları ola bilərlər.

ARAŞDIRMANIN TAM MƏTNİNİ BURADAN ENDİR