Xəbər lenti

Ələt-Astara yolunun ödənişli olmasına hazırlıq gedir
Ekonomiks07:47 15.01.2020

Ələt-Astara yolunun ödənişli olmasına hazırlıq gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiyanı hazırlayıb hökumətə təqdim etmişik”.
Qaynarinfo xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, bu yolda xüsusi aparat və turniketlər quraşdırılmalıdır. Bütün dünyada bu işlər tender yolu ilə həyata keçirilir. Tenderdə ən münasib qiymətlə bu avadanlıqları təklif edən şirkət seçiləcək və yoldan istifadə qiymətinin müəyyən edilməsi üçün təkliflər Tarif Şurasına təqdim ediləcək”, - o qeyd edib.