
Bakı İstintaq Təcridxanasında həbsdə olan N!DA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlıya anası ilə görüşməyə icazə verilməyib.
Qaynarinfo.Az-a bu barədə məlumatı Elgiz Qəhrəmanlının yaxınları verib.
Xatırladaq ki, Elgiz Qəhrəmanı avqustun 12-də günorta saatlarında mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
Daha sonra Nərimanov rayon məhkəməsi Elgiz Qəhrəman barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (satış məqsədi ilə külli miqdarda narkotik saxlama) ilə 4 aylıq həbs-qətimkan tədbiri seçib. CM-də qeyd olunur ki, bu maddə ilə ittiham olunan şəxs əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
NİDA Vətəndaş Hərəkatı yaydığı bəyanatında bildirir ki, Elgiz Qəhrəman saxta ittihamla həbs olunub. Hərəkat saxta ittihamlarla həbs olunmuş bütün siyasi fəalların qeyd-şərtsiz azad olunmasını tələb edib.
Qaynarinfo.Az