Xəbər lenti

Əli Həsənovun oğluna məxsus televiziya bağlandı (RƏSMİ)
Ölkə13:37 24.05.2021

Əli Həsənovun oğluna məxsus televiziya bağlandı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının bu gün baş tutan iclasında "Kaspi Global" MMC-nin (Dalğa TV) peyk televiziya yayımının ardıcıl olaraq 30 gündən artıq müddətdə həyata keçirilmədiyini nəzərə alaraq lisenziyasına xitam verilib.
Qaynarinfo Yeniavaz.com-a istinadən xəbər verir ki, lisenziyasına xitam verilən "Kaspi Global" MMC-nin (Dalğa TV) direktoru Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir.
Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov, ev 1-də yerləşən "Kaspi Qlobal” MMC 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, təxminən 20 gün əvvəl "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) də "Kaspi Qlobal” MMC-yə qarşı qarşı məhkəmə iddiası qaldırıb. Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutan iclasda "Kaspi Qlobal” MMC-nin "Azərkosmos” ASC-yə borclu olduğu qeyd olunub.