Xəbər lenti

Əli İnsanov birləşmiş müxalifətin lideri olmaq istəyir? (AÇIQLAMA)
Siyasət 16:32 16.01.2023

Əli İnsanov birləşmiş müxalifətin lideri olmaq istəyir? (AÇIQLAMA)

"Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasının heç bir partiya ilə birləşmək fikiri olmayıb”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli deyib. O, partiyanın cəmiyyətdə həm qütblərarası uzlaşmanın, həm də konsolidasiyanın tərəfdarı olduğunu vurğulayıb:
 
"HƏP öz işi ilə məşğuldur. Biz heç kəsə müraciət etməmişik, nə də bizə müraciət edən olmayıb. Biz hazırda partiyanın yeni qanuna uyğunlaşması prosesi ilə məşğuluq”. 

Zəlimxan Məmmədli siyasi cəhətdən zəif partiyaların mövcud olduğunu vurğulayıb:
 
"Belə partiyaların üzvlərinin sayı azdır və yeni qanuna görə qeydiyyatdan keçərkən 5 min üzv tələbi problem yaşayacaqlar. O zaman həmin partiyalar birləşə bilər. Amma HƏP-ın belə bir sorunu yoxdur. 5 min nəfər üzvümümüzün lazım olan sənədlərini tələb olunan quruma təqdim edib, qeydiyyat məsələsini həll edə biləcəyik”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->