Xəbər lenti

Əli İnsanovun adı yenə əfv siyahısına salındı
Ölkə10:25 18.03.2015

Əli İnsanovun adı yenə əfv siyahısına salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Biz əvvəlki siyahıdan qalan məhbusların azad olunmasına çalışırıq, təbii ki, siyahıya yeni adlar da daxil edirik”. 
Bu haqda modern.az-a hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib.
O, qeyd edib ki, siyahıya “NİDA”çılar, Tofiq Yaqublu, İlqar Məmmədov, sabiq səhiyyə naziri Əli İnsanov, səhhətində yaranmış narahatlıqla bağlı Prezidentin İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev və başqalarının da adı daxil edilib.
Prezident İlham Əliyevə təqdim edilən siyahıda ümumilikdə neçə nəfərin adının olduğuna gəlincə, Səadət Bənanyarlı bildirib ki, adətən, siyahıda 150-180 nəfərin adı olur: “Təbii ki, bu, prezidentin səlahiyyətində olan məsələdir. O, siyahıdan kiminsə adını çıxara və ora başqa adlar daxil edə bilər. Böyük ehtimal ki, bu gün əfv gözlənilir, sərəncamın imzalanması sabaha da qala bilər”.
Əli insanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs olunub. Amma sonradan rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq və bir sıra iqtisadi cinayətlər törətmək ittihaml ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
2013-cü il martın 14-də Avropa İnsan Haqları Məhkəməsi Ə.İnsanovun İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması) və 6-cı (ədalətli məhkəmə çəkişməsi) maddələri ilə zəmanət verilmiş hüquqlarının pozuldğunu tanıyıb.
Qaynar.info