
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya şikayətinə baxılacaq.
Şikayət üzrə ilkin baxış iclası oktyabrın 13-də keçiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl 1 saylı İnzibati-İqtisadi Məhkəməsində Əli İnsanovun Nəsimi Rayon İcra Şöbəsinə qarşı iddiası üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmə iddianı təmin etməyib. Şikayət həmin qərardan verilib.(APA)
Qaynarinfo.Az