
Qurban Səid təxəllüsü ilə tanınan Azərbaycan yazıçısının "Əli və Nino" adlı məşhur məhəbbət hekayəsi 2014-cü ildə lentə alınacaq.
Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə daha geniş məlumat AZERNEWS onlayn qəzetinin bu gün çap olunan buraxılışında qeyd olunub.
Qeyd edək ki, hekayə azərbaycanlı gəncin gürcü şahzadəsi ilə sevgisindən bəhs edir. "Əli və Nino" ilk dəfə 1937-ci ildə nəşr olunub. İndiyədək dünyanın 37 dilinə tərcümə edilərək yenidən nəşr edilib.
Qaynar.info