Xəbər lenti

Əlil arabasında Avropa Oyunlarını işıqlandıran Qarabağ qazisi - FOTO
Ölkə08:08 16.06.2015

Əlil arabasında Avropa Oyunlarını işıqlandıran Qarabağ qazisi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda keçirilən Birinci Avropa Oyunlarında bir maraqlı fakt da yarışlarda 1-ci qrup Qarabağ qazisi (əlili) İlham Məhərrəmovun iştirakıdır.

Qaynar.info qaziler.az saytına istinadən yaydığı xəbərə görə, o, bu yarışları əlil arabasında işıqlandıran yeganə fotoqrafdır.

İ.Məhərrəmov 21 il əvvəl Qarabağ müharibəsində aldığı yaralar səbəbindən elə o vaxtdan əlil arabasında gəzir. “Arabaçı TV”nin yaradıcısı olan qəhrəmanımız o zamanlar Qarabağ da könüllü gedib, bu gün də Birinci Avropa Oyunlarında könüllü olaraq çalışır.

Qaynar.info