Xəbər lenti

Əlil qızın pulunu yeyiblər? - İTTİHAM
Ölkə14:26 24.09.2013

Əlil qızın pulunu yeyiblər? - İTTİHAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Redaksiyamıza Xəlilova Səyyarə adlı vətəndaşdan müraciət daxil olub.

Qaynar.info-nun verdiyi xəbərə görə, onun danışma qabiliyyətində problemləri olan qızı Məmmədova Mərcan Azərbaycan Gənclərinin İnkişafı" İctimai Birliyinin (AGİİB) sədri İlkin Abdiyevin vastəçiliyi ilə İrəli İctimai Birliyinin nəzdində fəaliyyət göstərən  "Venerdi" Xeyriyyə Klubunun sədri Sevinc Əliyevaya öz əl işlərini təqdim edib və Sevinc Əliyeva bildirib ki, onlar bu yaxınlarda sərgi keçirdəcəklər və sərgidən əldə olunan gəlir onlara veriləcək. Lakin əsərlər 2012-ci ilin may ayında təqdim olunsa da indiyə qədər həmin əsərlərin pulları verilməyib:  

"Mənim qızım Məmmədova Mərcan anadan olandan dilində qüsur var. Ona görə də qızım Nizami rayonunda yerləşən lallar  üçün nəzərdə tutulmuş "Yaradıcılıq Evi"ində oxuyub, elə orada incəsənətin sirrlərinə yiyələnib. Onun çoxlu sayda toxunma əl işləri, düzəltdiyi müxtəlif süvenirlər, rəsm əsərləri müxtəlif sərgilərdə sərgilənib və yüksək qiymətləndirilib.  

"Azərbaycan Gənclərinin İnkişafı" İctimai Birliyinin (AGİİB) sədri İlkin Abdiyevin vastəçiliyi ilə xeyriyyə işi ilə məşqul olan, İrəli İctimai Birliyinin nəzdində fəaliyyət göstərən  "Venerdi" Xeyriyyə Klubunun sədri Sevinc Əliyeva ilə əlaqə saxladıq. Sevinc xanım, bizimlə ünsiyyətdə vəd verdi ki, Mərcanın əsərləri sərgiyə çıxarılacaq və satılan əsərlərin haqqı bizə veriləcək. Bu söhbət olub ötən ilin mayında, üstündən bir ildən çox vaxt keçib, amma nə əsərlərdən səs-soraq var, nə də ki, Sevinc xanımdan. 

Dəfələrlə zəng etmişik, bir dəfə İranda olduğunu, gəlib əsərlərin haqqını verəcəyini, növbəti dəfə Türkiyədə olduğunu, Bakıya gələn kimi məsələni yoluna qoyacağını deyib. İndi isə deyir ki, əsərlərin bir qismi satılıb, pullar bankdadı, qalan əsərlər isə İrəlinin ofisindədi. Sonra zəng elədi ki, sən demə, əsərlər İrəlidə də yoxdu. Daha biz onunla əlaqə saxlaya bilmədik, o bizim heç bir zəngimizə cavab vermədi".

Məsələ ilə bağlı Sevinc Əliyevanın özü ilə əlaqə saxladıq. Sevinc Əliyeva Qaynar.info-ya açıqlamasında Məmmədova Mərcanın həqiqətən də, onlara öz əsərlərini təqdim edib və əsərlər xeyriyyə məqsədi ilə təşkil edilən "Ölməyən ümidlər" satış sərgisində satışa çıxarılıb. 

Pul Məsələsinə gəlincə isə S. Əliyeva bu haqda belə dedi: "Sərgi olandan sonra mən bir çox xeyriyyə işlərinə görə bir müddət ölkədən kənarda olmalı oldum. Biz imkansız uşaqları əməliyyata aparmışdıq. Sonra isə Mərcanın və anasının bizdə olan əlaqə vasitələrinə zəng eləsək də əlaqə yarada bilmədik. Onları tapa bilmirdik. Bu gün bu məsələ ilə bağlı Ayaz adlı bir oğlan da zəng eləmişdi və mən də onları axtarırdım. Bu gün anası ilə danışmışam və məhz sərgidən əldə olunan Mərcana məxsus 131 manat pulu sabah onlara çatdıracam. Onların mənim haqqımda belə danışmasına çox təəssüfləndim. Çünki onlar bilirlər ki, mən bu sərgilər üçün nə qədər əziyyət çəkmişəm. Yenə də deyirəm, sadəcə olaraq onların əlaqə vasitələrini tapa bilmirdim".

Pərviz Əzimov

Qaynar.info