Xəbər lenti

Əlillik təyinatına əsas yaradan xəstəliklərin siyahısı genişləndirildi
Ölkə10:13 11.06.2022

Əlillik təyinatına əsas yaradan xəstəliklərin siyahısı genişləndirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gələn aydan ölkəmizdə əlilliyin qiymətləndirilməsi sahəsində tətbiq olunacaq yeni meyarlar əlilliyin artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında müəyyən olunmasını nəzərdə tutur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu da qiymətləndirmənin qabaqcıl dünya təcrübəsinə uyğun və daha əhatəli şəkildə həyata keçirilməsinə imkan verəcək.
Yeni meyarlara əsasən, əlillik təyinatına əsas yaradan xəstəliklərin və ağırlaşmaların siyahısı da xeyli genişləndirilib.