Xəbər lenti

Əlilliyin təyin edilməsinə dair səbəblər açıqlandı
Ölkə14:04 29.03.2019

Əlilliyin təyin edilməsinə dair səbəblər açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda əlilliyin təyin edilməsinə dair səbəblər müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Əlilliyin qiymətləndirilməsi Qaydası" barədə qərar layihəsində əksini tapıb. Sənəddə qeyd edilib ki, şəxsə bu qaydaya əsasən aşağıdakı səbəblərdən birinə görə əlillik təyin edilir:
1. ümumi xəstəlik;
2. istehsalat zədəsi;
3. peşə xəstəliyi;
4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar;
5. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə
əlaqədar;
6. hərbi xidmət dövrü ilə əlaqədar;
7. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;
8. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar;
9. keçmiş SSRİ-nin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar;
10. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya
quruluşunun müdafiəsi ilə əlaqədar;
11. Terror hadisələri ilə əlaqədar.
Sənəd 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.