Xəbər lenti

Elis Manolova Avropa çempionatının finalında
İdman18:13 31.03.2022

Elis Manolova Avropa çempionatının finalında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.
Qaynarinfo xəbər verir ki, yarışın 4-cü günündə Elis Manolova (65 kq) mübarizəyə qoşulub. B qrupunda yer alan təmsilçimiz ilk görüşdə Avropa ikincisi Tatyana Rijkoya (Ukrayna) məğlub olub - 0:7. Elis qrupda sonuncu görüşünü estoniyalı Viktoriya Essoya qarşı keçirib və rəqibinə 6:3 hesabıyla qalib gəlib. Qrupda ikinci yeri tutan Manolova yarımfinala yüksəlib. Millimizin üzvü 2019-cu ildə Avropa çempionatının finalında məğlub etdiyi Krişta İnçe (Rumıniya) ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdən minimal fərqlə (2:1) qalib gələn Elis 4-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Güləşçimiz qızıl medal uğrunda ukraynalı Tatyana Rijkoyla mübarizə aparacaq.
Final aprelin 1-də axşam seansında keçiriləcək.
Səbuhi Həsənov