Xəbər lenti

Əliyar Ağayev "Latsio-Apollon" oyununa təyinat aldı
İdman08:53 17.09.2018

Əliyar Ağayev "Latsio-Apollon" oyununa təyinat aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanlı beynəlxalq dərəcəli hakim Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunun oyununa təyinat alıb.
Qaynarinfo AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi İtaliyanın "Latsio" və Kiprin "Apollon” (Limassol) komandalarının oyununu idarə edəcək. 
Ona  Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək. 
Qeyd edək ki, sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək "Latsio" - "Apollon” matçı Bakı vaxtı ilə saat 20:55-də start götürəcək.