Xəbər lenti

Əliyar Ağayevin idarə etdiyi oyunda 8:0 hesablı qələbə (VİDEO)
İdman19:20 28.03.2021

Əliyar Ağayevin idarə etdiyi oyunda 8:0 hesablı qələbə (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın FIFA referisi Əliyar Ağayev 2022-ci il dünya çempionatının Danimarka və Moldova yığmaları arasındakı seçmə oyununu idarə edib.
Qaynarinfo-nun məlumatına görə, Herninq şəhərindəki "MCH Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 8:0.
Danimarka millisi ilk qolu 19-cu dəqiqədə penaltidən vurub. Kasper Dolberq 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. O, ikinci hissənin əvvəlində - 48-ci dəqiqədə də fərqlənməyi bacarıb.
Eyni zamanda Mikkel Damsqol 22 və 29-cu dəqiqələrdə "dubl" edib. Qalan qollara Yens Striger Larsen 35-ci, Matias Yensen 39-cu, Robert Skov 81-ci, Markus İnqvartsen 89-cu dəqiqədə imza atıb.
Bu nəticədən sonra Danimarka millisi D qrupunda 6 xalla vahid liderə çevrilib. Tarixinin ən ağır məğlubiyyətini alan Moldova isə 1 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Moldova yığmasının baş məşqçisi daha əvvəl "Neftçi"yə rəhbərlik etmiş Roberto Bordin, qapıçısı isə "Keşlə"dən dəvət almış Stanislav Namaşkodur.
<iframe width="640" height="400" src="https://hofoot.elhighlights.com/embed/wMtwxPhByTR4s" style="border:none;" allowfullscreen="">