FİFA referisi Əliyar Ağayev yeni təyinat alıb.
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli hakimimiz UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Ştrum” (Qrats, Avstriya) – "Midtüllan” (Danimarka) qarşılaşmasını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Görüş sentyabrın 8-də, Avstriyada baş tutacaq.
Səbuhi Həsənov