İdman 09:21 13.08.2022

Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Qaynarinfo xəbər verir ki, 35 yaşlı baş hakim Latviyada RFŞ və Şimali İrlandiyanın "Linfild" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu idarə edəcək.

Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.