Xəbər lenti

Əliyar Ağayevə növbəti təyinat
İdman07:26 11.10.2022

Əliyar Ağayevə növbəti təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FİFA referisi Əliyar Ağayev təyinat alıb.
 
Qaynarinfo xəbər verir ki, Ağayev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Union Saint-Gilloise” (Belçika) – "Braqa” (Portuqaliya) qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Oyunun VAR hakimləri türkiyəli Abdulkadir Bitigen və Mete Kalkavan olacaq.
Görüş oktyabrın 13-də, Belçikanın Leuven şəhərində keçiriləcək.
Səbuhi Həsənov