Xəbər lenti

Əliyevlər Bakıya dönür
Ölkə11:17 18.10.2013

Əliyevlər Bakıya dönür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlham Əliyevin oktyabrın 14-də imzaladığı əfv fərmanı ilə həbsdən azad edilən keçmiş İqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı “Azpetrol” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev ötən gün səfər etdikləri Cəlilabadın Alar kəndindən Bakıya qayıdıblar. 

Bu haqda xəbəri “Yeni Müsavat” Əliyev qardaşlarına yaxın qaynaqdan alıb.

Fərhad və Rafiq Əliyevlərin doğulduqları Alar kəndində  1 həftə qalacağı planlaşdırılsa da, səfərin ikinci günü onlar paytaxta qayıtmalı olublar. Yada salaq ki, 8 illik həbs həyatı yaşayan qardaşlar Cəlilabada atalarının məzarını ziyarət etmək və qohumlarla görüş üçün getmişdilər. Bir həftə düşünülən səfərin hansı səbəbdən 2 günə başa çatması haqda bilgi yoxdur.

Yada salaq ki, eks-nazir Fərhad Əliyev 2005-ci il parlament seçkilərindən sonra dövlət çevrilişinə cəhd ittihamı ilə azadlıqdan məhrum edilmişdi. Ancaq qısa müddət sonra F. Əliyevə qarşı iqtisadi cinayətkarlıqla bağlı ittiham irəli sürüldü və bununla da həbsi üzərindən siyasi məna qaldırılmağa çalışıldı. Rafiq Əliyev isə qardaşının həbsindən bir neçə saat sonra Bakını tərk edərkən hava limanında həbs edilmişdi. 

Müdafiəçiləri ilk gündən hər iki şəxsin siyasi sifarişlə həbs edildiyini iddia edir. Onu da vurğulayaq ki, Avropa İnsan Haqları Məhkəməsi təxminən 2 il öncə Fərhad və Rafiq Əliyevlərin dərhal həbsdən azad edilməsi ilə bağlı qərar çıxarıb. Ancaq Azərbaycan bu qərarı icra etməyib.

Qaynar.info