Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi qaz sayğaclarının satışı və təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo.az xəbər verir ki, tenderin qalibi "Enermus" Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 375 658,16 manatdır.
"Enermus" QSC 2016-cı ildə "Goldmoon" MMC adı ilə yaradılıb. 2021-ci ildə şirkətin adı dəyişdirilərək "Enermus" QSC adlandırılıb. Nizamnamə kapitalı 2021-ci ilə qədər 10 manat olub. Həmin il nizamnamə kapitalı 2000 manata qədər artırılıb. QSC-nin qanuni təmsilçisi Məmmədov Elbrus Kamal oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında hər hansı məlumata rast gəlinmir. Bununla belə, şirkət dövlət satınalmalarında fəal iştirak edir və daha çox sifarişləri Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsindən alır.
"Enermus" QSC ötən il də İdarənin 3 tenderinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 7 012 343,37 manatdır.
Seyid
Şərhlər