Xəbər lenti

Ölkə 16:48 17.02.2024

Elm və Təhsil Nazirliyinin ərazisində qarğıdalı əkdi - Məhkəməlik oldu

Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə Məktəbinin torpağında qarğıdalı əkən şəxsə məhkəmə hökm oxuyub.

Qaynarinfo-nun məlumatına görə, nazirliyə məxsus ərazidə qarğıdalı əkdiyi üçün 1978-ci il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş Fərhad Cavadov (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, ikinci qrup əlil olan Fərhad Cavadov dolanışığı üçün Balakən şəhəri, Atatürk prospektində İdman Kompleksinin yaxınlığında yerləşən 66,4 hektar örüş sahəsini şumlatdıraraq, ərazidə qarğıdalı əkib. Həmin ərazidə qarğıdalı 20 sm inkişaf etdikdən sonra Balakən Peşə Məktəbinin direktoru bundan xəbər tutub. 

Aydın olub ki, həmin ərazidə Balakən Peşə Məktəbi tərəfindən torpaq sahəsində bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi, tərəvəz ustası peşələri üzrə 1 nömrəli Balakən Peşə Məktəbinin tələbələri istehsalat təlimi məşğələləri keçiriblər.

Fərhad Cavadov məhkəmədə ifadəsində bildirib ki, maddi vəziyyəti çətin olduğuna görə məqsədi həmin ərazidə qarğıdalı əkib.

Məhkəmənin hökmü ilə Fərhad Cavadov 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->