Xəbər lenti

"Elman Rüstəmov bu dəfə haqlıdır" (ŞƏRH/VİDEO)
Ekonomiks09:42 24.12.2020

"Elman Rüstəmov bu dəfə haqlıdır" (ŞƏRH/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mərkəzi Bankın sədri Elman Rüstəmov hazırda Azərbaycanda devalvasiya üçün zəmin olmadığını deyib. 2015-ci ildəki çıxışından fərqli olaraq bu gün onun haqlı olduğunu düşünürəm”. 
Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib. Onun sözlərinə görə, gələn ilin ilk aylarında devalvasiya gözlənilmir:
"Hazırda işgüzar fəallığın, valyuta tələbinin səviyyəsinə, potensial olaraq xarici valyutaya çevrilə biləcək likvid manat yığımlarının miqyasına, kapital qaçışı üçün imkanlara, tədiyə balansının hazıkı göstəricilərinə baxdıqda vəziyyəti daha yaxşı analiz etmək mümkündür. Amma kimsə 3 və ya 6 aydan sonra stiuasiyanın necə ola biləcəyini də proqnozlaşdıra bilməz. Qlobal iqtisadiyyatda, eləcə də geopolitik səhnədə son dərəcə qeyri-müəyyən şərait hökm sürür. Pandemiyanın davametmə müddəti bu qeyri-müəyyənliyi artıran əsas səbəblərdən biridir”.
Orxan Əhmədli