Xəbər lenti

Elmar Baxşıyev: "Layiqli qələbə qazandıq"
İdman14:43 19.02.2022

Elmar Baxşıyev: "Layiqli qələbə qazandıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının XVI turunun "Qəbələ” – "Səbail” oyunundan sonra (2:0) "qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Qaynarinfo xəbər verir ki, 42 yaşlı mütəxəssis bunları söyləyib:
"Oyunun çətin keçəcəyini bilirdik. "Səbail”in sonuncu yerdə qərarlaşmasına baxmayaraq, həmişə təhlükə olaraq qalır. Bu rəqib meydanda sürpriz edə biləcək gücdədir. Komandanı ağır oyuna hazırlamışdıq. Bilirdik ki, qalib gəlmək üçün oyuna maksimum köklənməliyik. Düşünürəm ki, futbolçular verilən tapşırıqları yerinə yetirdi və layiqli qələbə qazandıq. Asif Məmmədov ən önəmli futbolçulardan biridir. Bütün oyunlarda da iştirak edib. Bugünkü matçda həm taktiki, həm istirahət baxımdan onu qorumaq istədik. Zədəsi çox ciddi deyil, mikrozədədir. İnanırıq ki yaxın günlərdə komanda ilə məşqlərə qoşulacaq. Ümumi götürsək ilk yarıda da 4-5 real qol imkanımız oldu. Onları dəyərləndirsəydik, fərqli oyuna baxardıq. Amma futboldur, hər imkandan yararlanmaq mümkün deyil. İstədiyimi meydanda görürdüm. Komanda meydançada nə etmək istədiyini göstərirdi”.
Səbuhi Həsənov