Xəbər lenti

Elnur finala bir addım da yaxınlaşdı - VİDEO
Ekonomiks05:52 05.02.2015

Elnur finala bir addım da yaxınlaşdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"O səs Türkiyə" yarışmasında qalan son azərbaycanlı iştirakçı Elnur Hüseynov "Son seçimlər" mərhələsində çıxış edib.
Axşam.az-ın xəbərinə görə, Ebru Gündeşin komandasında olan həmyerlimiz bu dəfə "Daft Punk"ın "Get lucky" mahnısını səsləndirib. Elnurun rəqibi, Mazhar-Özkan cütlüyünün yarışmaçısı Seda Yiyin isə Sertab Erenerin "Aşk" mahnısını oxuyub.
E.Hüseynovun ifası yenə də münsiflər tərəfindən yüksək qiymətləndirilib. Mazhar Alanson onu "yarışmanın əfsanəsi" adlandırıb.
Tamaşaçı səsverməsiylə Elnur sonda qalib olaraq canlı yayımlar mərhələsinə keçib.
Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu səs yarışmasının münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz yer alır.
Elnur
Qaynar.info