Xəbər lenti

Elnur Məmmədov "Neftçi"dən ayrıla bilər - Növbəti toplantıda
İdman10:12 01.09.2016

Elnur Məmmədov "Neftçi"dən ayrıla bilər - Növbəti toplantıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Neftçi" klubunda vəziyyət yaxşı getmir. Klub sonuncu rəsmi məlumatında açıqlayıb ki, baş məşqçi Vəli Qasımov postunda saxlanılacaq. Vəli Qasımova ən azı bu mövsümün sonunadək şans verilib. Komanda avrokuboklara vəsiqə qazanmalıdır. Hətta IV yer tutub avrokuboklara yollanması da Qasımova bağışlanmayacaq. Minimum III yeri tutmaq Vəli Qasımova tapşırılıb.

Qaynarinfo.Az-ın məlumatına görə, "Neftçi" rəhbərliyinin özü də Qasımovun işindən razı deyil. Əlacları olsa, günü bu gün göndərərlər. Sadəcə, maddi imkanlar Qasımovdan başqasını fikirləşməyə imkan vermir. Klub rəhbərliyi başqa azərbaycanlı məşqçiyə yenidən etimad bəsləməkdənsə, 1 ildən çoxdur ki, klubda işləyən veteran futbolçunu saxlamağı daha məqsədəuyğun sayır.

Tərslikdən rusiyalı məşqçi Dmitri Aleniçevlə danışıqlar da yolunda getmədi. Aleniçev klubun 3 milyon dollar borcu olan dönəmdə elə pul istədi ki, "Neftçi" Qasımovdan başqasına baxmayacağına söz verdi.

Qasımovun postu maddi səbəblərdən minimum mövsümün sonunadək bərkisə də, klubun icraçı-direktoru Elnur Məmmədovun başı üzərini qatı dumanlar alıb. Klubda icra işlərinə baxan bu şəxsin gördüyü işlər artıq Müşahidə Şurasının rəğbətini qazanmır. Hadisələr isə onun göndərilməsinə doğru gedir.

Bir neçə gündən sonra klubda səhmdarların iştirakı ilə iclas keçiriləcək. Orda ən 1-ci iş idarəetmə sistemində islahatlar, inzibati heyət və kadr siyasətinə baxılması olacaq. Bu məsələ məhz həmin iclasda müzakirə olunanda Elnur Məmmədovun da işinin öhdəsindən gələ bilmədiyi və komandadan göndərilməsi əsas söhbət mövzusu olacaq. Məmmədovun klubda qalması göndərilməsindən daha az inandırıcı görünür...

Qaynarinfo.Az