"Space X" və "Tesla" şirkətilərinin rəhbəri Elon Mask "Twitter" sosial şəbəkəsində 9.2% pay alıb. Bununla da o "Twitter"in ən böyük pay sahibi olub.
Qaynarinfo "The Daily Wire"-ə
istinadən xəbər verir ki, Maskın aldığı payın qiyməti 2.89 milyard dollardır. Bazarertəsi satınalma barədə xəbər çıxandan sonra "Twitter"in ümumi səhm qiyməti 26% artıb.
Mask zaman-zaman "Twitter"lə şəbəkədəki paylaşımlarına görə problemləri yaşayıb. Bundan bir həftə əvvəl Mask "Twitter" profilində 80 milyona yaxın izləyicisi arasında "Twitter"in azad söz prinsipinə əməl edib-etmədiyi ilə bağlı sorğu keçirmişdi. Sorğu nəticəsində 70% insan suala yox cavabı vermişdi.
Bildirilir ki, Elon Mask "Twitter"ə daha böyük ölçüdə sahiblənmək fikrinə düşüb.
Hazırda dünyanın ən varlı adamı olan Mask dekabr ayında sosial şəbəkənin hazırki CEO-su Paraq Aqravalı Stalinə, ondan əvvəlki CEO Cek Dorseyi isə sovet gizli polis qurumun rəhbəri Nikolay Yazova bənzətmişdi.
Tərcümə: Nurlan Hüseynov
Qaynarinfo