Xəbər lenti

Elşad Abdullayev: “Gülər Əhmədovanın məhkəməsinə gələ bilərəm”
Ölkə06:52 23.10.2013

Elşad Abdullayev: “Gülər Əhmədovanın məhkəməsinə gələ bilərəm”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev musavat.com saytına müsahibə verim.

O, müsahibəsində Gülər Əhmədovanın məhkəməsi ilə bağlı məsələyə münasibət bildirib. E. Abdullayev jurnalistin "Gülər Əhmədovanın, eləcə də onun vəkilinin tələblərindən biri də sizin ölkəyə gətirilməyiniz, məhkəmədə ifadə verməyinizdir. Bunu mümkün hesab edirsizmi?" sualına belə cavab verib.  

- Demokratik məhkəmə olsa, gələrəm. Avropa Şurası hər il bəyanat qəbul edir ki, ölkədə müstəqil məhkəmə yoxdur. Amma təhlükəsizliyimə təminat verilsə, məhkəməyə gəlməyim mümkündür. Götürüb məni beynəlxalq axtarışa veriblər. Ay xanım, bax konkret siz nə vaxt istəsəz, zəng edib mənimlə danışmısız. Hüquq-mühafizə orqanlarına da rəsmi sənədlə yazıb göndərmişəm ki, mən Parisdə Jurnalistlər Evində qalıram. Otaq nömrəm budur. Kim istəyirsə, buyurub gəlsin, görüşək. Müstəqil İstintaq Komissiyası mənə müraciət edəndə mən də “firmennı blanklı” məktub yazıb yollamışam ki, qaldığım yer budur, Parisin mərkəzidir. Necə olur ki, Bakıdan gələn istənilən şəxs bizimlə görüşə bilir? Amma bunlar bizi axtarışa verirlər? Ya da hüquq müdafiəçiləri gələndə onlarla necə görüşdük, məni necə tapdılar? Baş prokuror Parisə gələndə onunla görüşmək istədim, otağında yox idi. Halbuki ona hər şeyi izah etmək istəyirdim. Amma qonşu otaqdan Eynulla Fətullayev çıxdı. Hotelin resepsionundan bizə demişdilər ki, Qaralov otağındadır... Məndən pul alanların hamısının adını qoyublar dələduz: Arzu Kazımovun, Gülər Əhmədovanın... Çünki bunlara güvənmirlər, danışacaqlarından qorxurlar. Amma kimə ki, arxayındılar, onların adını heç yerdə çəkmirlər. Elələri də var ki, başqa maddə ilə həbsdə saxlayırlar. Məsələn, Telman Muradov. Sadəcə, Gülər Əhmədovanı idarə edə bilmədilər. Ona görə də içəridə saxladılar ki, artıq-əskik danışmasın. Gülər Əhmədova məlumatlı adamlıdır. Görmürsüz, türmədən adamları necə təhdid edir? Sən niyə təhdid eləməlisən bizi? Mən dünyanı gəzmiş, görmüş adamam...


Qaynar.info