Xəbər lenti

Elşad Abdullayevdən daha bir sensasion VİDEO - YENİLƏNİB
Ölkə19:54 27.02.2013

Elşad Abdullayevdən daha bir sensasion VİDEO - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün keçmiş MTN zabiti Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsinin ilk iclası keçirilib. Musavat.com-un məlumatına görə, Mahir Abdullayevin qohumu Azad Mürsəliyevin rəhbərlik etdiyi komitədə bir sıra hüquq müdafiəçiləri və tanınmış jurnalistlər təmsil olunurlar.

İclasda yeni video nümayiş etdirilib. Videogörüntülər Mahir Abdullayevin qardaşı,  fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin özünü Prezidenin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edən Səftər adlı şəxslə söhbəti əks olunub. Səftər olduğu bildirilən adam Elşad Abdullayevdən Mahir Abdullayevin qaytarılması müqabilində pul istəyir.

Qaynar.info